Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Daşkəsən rayon təşkilatının Seçki Qərargahı təbliğat kampaniyasına uğurla start verib

YAP Daşkəsən rayon təşkilatının Seçki Qərargahı təbliğat kampaniyasına uğurla start verib

10.10.2015 [12:42]

Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları noyabrın 1-də keçiriləcək parlament seçkilərində qələbə əldə etmək üçün bütün hazırlıqları yekunlaşdırıb. Dünən isə seçki kampaniyasının növbəti mərhələsinə start verilib. YAP Daşkəsən rayon təşkilatı da seçki ilə bağlı təbliğat-təşviqat kampaniyasına uğurla başlayıb. Rayon təşkilatının sədri Meydanəli Yolçuyevin verdiyi məlumata görə, təşkilatın Seçki Qərargahı, o cümlədən təbliğat-təşviqat qrupu öz işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədir. Artıq Yeni Azərbaycan Partiyası tərəfindən 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Bayramov Kamran Fərhad oğlu və 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Məmmədov İlham Müseyib oğlunun təbliğat plakatları xüsusi ayrılmış yerlərdə yapışdırılıb.
M.Yolçuyev deyib ki, rayon təşkilatının Seçki Qərargahı bu günə qədər nəzərdə tutulan bütün seçki hərəkətlərini uğurla yerinə yetirib. Onun sözlərinə görə, təbliğat və təşviqat kampaniyasının da müvafiq plan üzrə müvəffəqiyyətlə başa çatdırılması üçün rayon təşkilatının Seçki Qərargahı bütün gücünü səfərbər edib. Bu isə parlament seçkilərində YAP-ın namizədlərinin növbəti qələbəyə imza atacağını söyləmyə əsas verir.

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30