Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın 37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsindən namizədi Kərimzadə Pərvin Orxan qızının seçicilərlə görüşü keçirilib

YAP-ın 37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsindən namizədi Kərimzadə Pərvin Orxan qızının seçicilərlə görüşü keçirilib

13.10.2015 [09:40]

Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsindən namizədliyi irəli sürülən Kərimzadə Pərvin Orxan qızının Novruz meydanında seçicilərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq, partiyanın qurucusu və yaradıcısı Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident, YAP-ın Sədri İlham Əliyev tərəfindən davam etdirilən siyasətin Azərbaycan xalqına bəxş etdiyi nailiyyətlərdən danışıb, YAP-ın güclü siyasi təşkilat olduğunu bildirərək, partiyamızın bütün seçkilərdə səs çoxluğu ilə qalib gəldiyini diqqətə çatdırıb. O, partiyanın layiqli namizədlərinin xalq tərəfindən həmişə dəstəkləndiyini qeyd edərək, partiyanın namizədləri haqqında ətraflı məlumat verib. O, seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və bu gün görüşü keçirilən Kərimzadə Pərvin Orxan qızına, eləcə də partiyanın digər namizədləri - Həmzəyev Naqif Ələşrəf oğluna, Fətiyev Xanlar Nuru oğluna və Quliyev Musa İsa oğluna 1 noyabrda keçiriləcək parlament seçkilərində səs verməyə çağırıb.
Təbliğat qrupunun üzvlərindən İbrahim Cəfərov, Cavid Bağırzadə, Ceyhun Hüseynov çıxışlarında vurğulayıblar ki, ziyalı xanım, gözəl pedaqoq və alim olan Kərimzadə Pərvin Orxan qızı təkcə öz seçicilərini deyil, bütün gəncəliləri Milli Məclisdə layiqincə təmsil edəcək, göstərilən etimadı şərəflə doğruldacaq.
37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Kərimzadə Pərvin Orxan qızı böyük və şərəfli mübarizə yolu keçmiş Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürülməsindən qürur duyduğunu, seçicilərə ona etimad göstərdiklərinə görə minnətdarlığını bildirib, ölkəmizin, eləcə də Gəncə şəhərinin inkişafında daim seçiciləri ilə birlikdə olacağını bəyan edib.

Paylaş:
Baxılıb: 715 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30