Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Rəşad Mahmudov: Üzərimə düşən hər bir vəzifənin öhdəsindən ləyaqətlə gələcəyəm

Rəşad Mahmudov: Üzərimə düşən hər bir vəzifənin öhdəsindən ləyaqətlə gələcəyəm

17.10.2015 [13:15]

Oktyabrın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) 77 saylı Astara Seçki Dairəsi üzrə namizədi Rəşad Mahmudovun Ərçivan qəsəbəsində və Şivi kəndində seçiciləri ilə görüşü keçirilib. Görüşdə çıxış edən namizədin səlahiyyətli nümayəndəsi Firudin Əhmədov onun fəaliyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, hər bir vətənsevər vətəndaş kimi Rəşad Mahmudov da ölkəsinin rifahı və tərəqqisi naminə əzmlə çalışan, ictimai rəydə, cəmiyyətdə nüfuz qazanan, layiqli vətəndaş kimi tanınan insanlardandır. O, hər bir seçicini YAP-ın namizədinə səs verməyə dəvət edib.
Sonra Rəşad Mahmudov seçiciləri ilə görüşündə son illərdə Astara rayonunda görülən quruculuq işləri haqqında məlumat verib və bildirib ki, əldə edilən hər bir nailiyyətin əsasında Ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı, Prezident İlham Əliyev faktoru dayanır: “Biz bu faktordan faydalanaraq, ölkəmizin, regionlarımızın inkişafında yeniliklər, müasirliklər əldə edirik. Əlbəttə ki, hər bir inkişaf növbəti inkişafa təkan, stimul verir. Ona görə də biz davamlı inkişaf yolunu hər zaman diqqətdə saxlamalı, ardıcıl uğurlar əldə etməklə Vətənimizin tərəqqisinə töhfələrimizi verməliyik. Millət vəkili seçilərsəm, üzərimə düşən hər bir vəzifənin öhdəsindən ləyaqətlə gələcəyimə inanır və buna söz verirəm”.
Sonra namizəd kənd sakinlərinin problemlərini dinləyib. Hər iki kəndin sakinləri də öz növbələrində vurğulayıblar ki, Yeni Azərbaycan Partiyasının namizədinə - Rəşad Mahmudova səs verəcəklər.
Görüşün sonunda Rəşad Mahmudovla kənd sakinləri arasında diskussiya aparılıb. O, seçicilərin ona ünvanladığı sualları cavablandırıb və platforması barədə əhatəli bilgilər verib.

Paylaş:
Baxılıb: 780 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30