Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Samux rayon təşkilatı partiyanın yaranmasının 26-cı ildönümü münasibəti ilə tədbir keçirib

YAP Samux rayon təşkilatı partiyanın yaranmasının 26-cı ildönümü münasibəti ilə tədbir keçirib

22.11.2018 [09:11]

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Samux rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov partiyanın yaranma tarixindən, həmin dövrdəki ictimai-siyasi şəraitdən danışıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası 26 il ərzində zəngin və şərəfli inkişaf yolu keçib. Təşkilat sədri əlavə edib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın ölkəmizin tərəqqisində, dövlətçiliyimizin möhkəmlənməsində misilsiz xidmətləri var. G.Bayramov əlavə edib ki, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqli davamçısı Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.
Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev isə diqqətə çatdırıb ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. O, Yeni Azərbaycan Partiyasının öz fəaliyyətini Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında davam etdirdiyini qeyd edib. A.Qocayev əlavə edib ki, bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib.
Sonra tədbirdə YAP Samux rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova, Zazalı kənd tam orta məktəbin direktoru Ceyhun Mürsəlzadə və YAP Samux rayon təşkilatı Gənclər Birliyinin üzvü Qurban Həsənov çıxış edərək partiyanın ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətlərindən bəhs ediblər.
Sonda ictimai-siyasi fəallığı ilə seçilən bir qrup partiya üzvünə Fəxri fərmanlar və hədiyyələr, YAP sıralarına yeni qoşulan şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30