Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
22.11.2018 [09:13]
Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayondakı abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən güclü bir siyasi təşkilatdır: “Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Xalqımızın bütün təbəqələri bu partiyada birləşərək ölkəmizin inkişafına öz töhfələrini verirlər”.
Ümummilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışının müasir tariximizin ən şərəfli səhifəsi olduğunu vurğulayan Q.Ağayev qeyd edib ki, Ulu öndərin müdrik, uzaqgörən, qətiyyətli siyasəti, zəngin dövlətçilik təcrübəsi nəticəsində dövlət müstəqilliyimizin itirilməsi təhlükəsi və vətəndaş qarşıdurması aradan qaldırılaraq ölkəmizin sosial-iqtisadi inkişafı təmin olunub. Müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunub, bütün sahələr üzrə köklü islahatlar aparılıb, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb.
Diqqətə çatdırılıb ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Astarada uğurla icra edilir. Astara şəhərində park-bulvar kompleksinin tikilib istifadəyə verilməsi, şəhərin içməli su təchizatının yenidən qurulması, minlərlə insanın yaşadığı ərazini əhatə edən Astara-Bala Şahağac, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə, Siyaku-Rinə, Deqədi-Pəlikəş, Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yollarının, uzunluğu 274 kilometr olan Ələt-Astara avtomobil yolunun tikintisi rayonda turizmin, kənd təsərrüfatının və iqtisadiyyatın bütün sahələrinin inkişafını təmin edəcək.
Son illər Astarada 40-dan çox ümumtəhsil məktəbi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Mərkəzi xəstəxana binası yenidən qurularaq ən müasir tipli avadanlıqla təchiz olunub. Astarada modul tipli elektrik və qaz kompressor stansiyalarının, Olimpiya İdman Kompleksinin tikilməsi, yol-infrastruktur layihələrinin uğurla icra olunması, xüsusən ucqar dağlıq ərazilərə rahat asfalt yolların çəkilməsi kimi mühüm əhəmiyyətə malik məsələlərin həlli dövlətimizin başçısının Astaraya və astaralılara göstərdiyi diqqət və qayğının əyani sübutudur.
Tədbirdə YAP Astara rayon təşkilatı Gənclər Birliyinin sədri Tural Eyvazovun partiyanın yaranmasının 26-cı ildönümü ilə bağlı məruzəsi dinlənilib.
Müzakirələrdə çıxış edən Astara Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, rayon İcra Hakimiyyətinin məsul işçisi Elnur Rəsulov, Rayon Mərkəzi Xəstəxanasının həkimi Aytən Şiriyeva, təhsil şöbəsinin məsul işçisi Vüqar Şahbazov, Astara Pedaqoji Kollecinin müəllimi Leyla Əliyeva və başqaları YAP-ın keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan danışıblar.
Tədbirdə YAP Astara rayon təşkilatının fəaliyyətində fərqlənən partiya üzvlərinin bir qrupuna fəxri fərman və qiymətli hədiyyələr, partiya sıralarına daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28

