/ / Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə Qaradağ rayonunda konfrans keçirilib
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə Qaradağ rayonunda konfrans keçirilib
22.11.2018 [09:13]
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümü münasibətilə Qaradağ rayonunda konfrans keçirilib. Qaradağ rayon Heydər Əliyev Mərkəzində baş tutan konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, müasir Azərbaycanın banisi Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev ən çətin tarixi şəraitdə dahi lider kimi Azərbaycanı bütün bəlalardan xilas edib.
İcra Hakimiyyətinin başçısı YAP-ın yaranmasını zərurətdən doğan amil kimi dəyərləndirərək xüsusilə vurğulayıb ki, dövrün təxirəsalınmaz tələbindən və cəmiyyətimizin arzu, istəklərindən yaranan YAP ölkəmizin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib. Süleyman Mikayılov deyib ki, bu gün Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək ölkəmizdə ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi təşkilat yoxdur.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan geniş danışıb. O, daha sonra YAP-ın xalqımız və Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən bəhs edib. Aydın Hüseynov bildirib ki, YAP yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib. Millət vəkilinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Millət vəkili deyib ki, Yeni Azərbaycan Partiyasının 26 illik fəaliyyəti dövründə ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmasını şərtləndirən əsas amillərdən biri məhz ona olan inam, həyata keçirdiyi siyasətə dəstəkdir.
Daha sonra konfransda çıxış edən Ə.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev, SOCAR Metanol ərazi ilk partiya təşkilatının sədri Elnur Bağırov, gənc fəallar Nübar Abbaslı, Seyidməmməd Məmmədzadə və digərləri YAP-ın 26 illik fəaliyyəti dövründə Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlər göstərdiyini, partiyamızın xalqımızın böyük dəstəyi ilə daim inkişaf etdiyini və gələcəyə doğru inamlı addımlarla irəlilədiyini vurğulayıblar.
Tədbirin sonunda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən YAP üzvləri təltif olunublar. Həmçinin YAP sıralarına yeni qoşulan bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

