Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yevlax rayonunda seçicilərlə növbəti görüş Səmədabad kəndində keçirilib

Yevlax rayonunda seçicilərlə növbəti görüş Səmədabad kəndində keçirilib

19.12.2019 [09:43]

Dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə “Xalq üçün” devizi ilə qatılan Yeni Azərbaycan Partiyası (YAP) Yevlaxda da təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş isə Yevlax rayon Səmədabad kəndində baş tutub.
Görüşü giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri, partiyanın Mərkəzi Seçki Qərargahının Yevlax şəhər şöbəsinin sədri, millət vəkili İlham Məmmədov öncə ölkəmizdə yaradılan demokratik seçki mühiti, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığı və namizədlər haqqında geniş məlumat verib.
Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində, ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün də münbit şərait yarandığını bildirən millət vəkili “fəaliyyəti ərzində xalqın etimadını əməli işi ilə doğruldan partiyamız bələdiyyə seçkilərinə də ciddi hazırlaşaraq növbəti dəfə seçicilərin yekdil səsini qazanmaq əzmindədir” deyə əlavə edib.
Sonra YAP Seçki Qərargahının Yevlax rayon şöbəsinin üzvləri Əminə Əhmədova və Rafiq Əliyev çıxış ediblər. Natiqlər “Xalq üçün” devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandıqlarını bildirərək, seçiciləri fəallıq göstərməyə və partiyamızın namizədlərinə səs verməyə çağırıblar.

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30