Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Yevlax rayon təşkilatı bu dəfə də təbliğat-təşviqat kampaniyasında öz fəallığı ilə fərqlənir

YAP Yevlax rayon təşkilatı bu dəfə də təbliğat-təşviqat kampaniyasında öz fəallığı ilə fərqlənir

18.01.2020 [10:51]

Məlum olduğu kimi, fevralın 9-da ölkəmizdə keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verilib. Seçkilərdə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə təbliğat-təşviqat kampaniyası aparan Yeni Azərbaycan Partiyası, o cümlədən partiyanın Yevlax rayon təşkilatı bundan əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də öz fəallığı ilə fərqlənir.
Qeyd edək ki, seçkilərlə bağlı partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar YAP Yevlax rayon təşkilatında da tam məsuliyyətlə yerinə yetirilməkdədir. YAP Yevlax rayon təşkilatının Seçki Qərargahından verilən məlumata görə, rayon ərazisində iki - 48 saylı Yevlax və 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə ümumilikdə 69 məntəqə fəaliyyət göstərir ki, bunlardan da 31 məntəqə 48 saylı, 38 məntəqə isə 49 saylı seçki dairəsinin ərazisinə düşür. YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsi üzrə Məmmədov İlham Kazım oğlunun və 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə isə Hüseynli Əli Məhəmməd oğlunun namizədliyi irəli sürülüb. Təbliğat-təşviqat kampaniyasına start verilən kimi Seçki Qərargahının üzvləri, rayonun seçki məntəqələrinin ərazisində qurulmuş təşviqat lövhələrinə YAP tərəfindən irəli sürülmüş namizədlərin portretlərini və təbliğat şüarlarını vurublar.
Daha sonra kampaniya çərçivəsində rayon təşkilatının gənc fəalları ilə görüş keçirilib. Görüşdə çıxış edən YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş İlham Məmmədov bundan əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına əmin olduğunu bildirib.
Çıxışında, həmçinin yevlaxlıların, o cümlədən gənclərin təbliğat-təşviqat kampaniyasında fəallıq göstərdiklərini deyən İlham Məmmədov gəncləri partiyanın namizədlərinə səs verməyə çağırıb: “Siz fevralın 9-da Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə möhtərəm Prezidentimizin siyasətini dəstəklədiyinizi bir daha nümayiş etdirəcəksiniz”.

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30