Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Daşkəsənlilər Yeni Azərbaycan Partiyasının namizədi Kamran Bayramova səs verəcəklər

Daşkəsənlilər Yeni Azərbaycan Partiyasının namizədi Kamran Bayramova səs verəcəklər

22.01.2020 [10:27]

Dünən 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Kamran Bayramov seçicilərlə növbəti görüşünü keçirib. Daşkəsən rayon Mədəniyyət Mərkəzində keçirilən və səmimi ab-havada keçən görüşdə qeyd olunub ki, Azərbaycanın və regionun ən böyük və mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə də fəal hazırlaşıb.
Qeyd olunub ki, partiya tərəfindən irəli sürülən namizədlər Azərbaycan cəmiyyətində kifayət qədər nüfuzu olan, öz fəaliyyəti ilə insanların etimadını doğruldan şəxslərdir. Görüşdə çıxış edən natiqlər bu seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə qatılan YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər birmənalı şəkildə 9 fevral 2020-ci ildə seçki mənqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi Kamran Bayramova səs verəcəklərini bildiriblər.
Sonra Daşkəsən şəhərində, Bayan və Quşçu kəndlərində də seçicilərlə görüşlər keçirilib.

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30