YAP-ın namizədi Nəsib Məhəməliyev Qabaqçöl qəsəbəsinin seçiciləri ilə görüşüb
22.01.2020 [11:08]
9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 109 saylı Balakən seçki dairəsi üzrə namizədi Nəsib Məhəməliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Növbəti görüş rayonun Qabaqçöl qəsəbəsinin seçiciləri ilə keçirilib. Tədbirdə çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev 109 saylı Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Nəsib Məhəməliyev barədə məlumat verib. O, N.Məhəməliyevin millət vəkili kimi daim seçiciləri və ölkəmizi ən müxtəlif tribunalarda uğurla təmsil etdiyini deyərək fevralın 9-da hər kəsi seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Nəsib Məhəməliyev əvvəlcə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun möhtəşəm nəticələri barədə geniş məlumat verib. Onun sözlərinə görə, Azərbaycan ötən 16 ildə böyük nailiyyətlər qazanaraq bu gün dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanır, beynəlxalq ictimaiyyət tərəfindən müstəqil, güclü və qüdrətli dövlət kimi qəbul olunur.
YAP-ın bu seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qatıldığını bildirən Nəsib Məhəməliyev yenidən seçicilərin etimadını qazanaraq millət vəkili seçiləcəyi təqdirdə bu etimadı doğrultmaq üçün çalışacağını bildirib.
Görüşdə çıxış edən seçicilərdən Ziyafət Qurbaçova, Cənnət Qaysayeva, Tinop Şərifov və digərləri YAP-ın namizədi N.Məhəməliyevin hər zaman seçicilərlə bir yerdə olduğunu, seçicilərin problem və qayğılarına həssaslıqla yanaşdığını vurğulayaraq seçkilərdə ona səs verəcəklərini bildiriblər.
YAP-ın namizədi dünən həmçinin rayonda “açıq qapı” keçirərək 35-dən artıq seçici ilə fərdi şəkildə görüşüb. Görüşdə iştirak edən seçicilərdən Cavad İbrahimov, İntizar Quliyeva, Sevil Qardaşova, Mina İsmayılova, Elşad Musayev, İlqar Əsgərov və digərləri müxtəlif məsələlərlə bağlı N.Məhəməliyevə müraciət edib, eyni zamanda seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini əminliklə qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49

