Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Deputatlığa namizəd Nizami Cəfərovun Ağstafa rayonu Poylu qəsəbəsində, Kolxəlfəli və Pirili kəndlərində seçicilərlə görüşü keçirilib

Deputatlığa namizəd Nizami Cəfərovun Ağstafa rayonu Poylu qəsəbəsində, Kolxəlfəli və Pirili kəndlərində seçicilərlə görüşü keçirilib

25.01.2020 [10:42]

Yeni Azərbaycan Partiyasının (YAP) 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi Nizami Cəfərovun Ağstafa rayonu Poylu qəsəbəsində, Kolxəlfəli və Pirili kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşlərdə deputatlığa namizəd Nizami Cəfərov haqqında seçicilərə geniş məlumat verilib, ölkəmizdə keçirilən bütün seçkilərdə ağstafalıların yüksək əhval-ruhiyyə ilə iştirak etdiyi bildirilib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nizami Cəfərov seçicilərin Milli Məclis seçkilərinə maraqla yanaşdıqları üçün onlara öz minnətdarlığını bildirib. N.Cəfərov deyib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz inkişaf edir. Onun sözlərinə görə, bu inkişafdan Ağstafa rayonuna da pay düşür: “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində Ağstafa rayonunda da böyük abadlıq və quruculuq işləri həyata keçirilir. Təbii ki, bütün bunlar əhalinin rifahının yüksəlməsində mühüm rol oynayır”.
N.Cəfərov 9 fevralda keçiriləcək seçkilərdə seçiciləri fəal olmağa çağırıb.
Görüşlərdə çıxış edən seçicilər seçki günü YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30