Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb

Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb

30.01.2020 [09:42]

Yeni Azərbaycan Partiyasının (YAP) 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədi Fatma Yıldırım parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb.
Görüşləri Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb. Onun sözlərinə görə, parlament seçkilərində “Daha güclü Azərbaycan naminə” şüarı ilə iştirak edən partiyamız ən layiqli namizədləri irəli sürüb və seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq.
Fatma Yıldırım Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm partiyamız, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Fatma Yıldırım aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən Dövlət proqramlarının qəbul olunması nəticəsində Bərdə rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində daha çox işlərin aparılmasının vacibliyini vurğulayıb.
Deputatlığa namizəd qarşıda görüləcək işlərlə bağlı məlumat verərək hər bir seçicinin problemlərinə öz problemi kimi yanaşacağını, onların həllində səylərini əsirgəməyəcəyini bildirib və seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər 9 fevral parlament seçkilərində yeni islahatlara, inkişafa səs verəcəklərini bildiriblər və Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırımın qalib gələcəyinə əminliklərini ifadə ediblər.

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31