Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müşviq Məmmədovun gənc seçicilərlə görüşü keçirilib

Müşviq Məmmədovun gənc seçicilərlə görüşü keçirilib

07.02.2020 [09:51]

Yeni Azərbaycan Partiyasının (YAP) 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədi Müşviq Məmmədovun gənc seçicilərlə görüşü keçirilib. Tədbirdə çıxış edən namizədin vəkilləri sumqayıtlı gənclərin seçki prosesində hər zaman fəal iştirak etdiklərini diqqətə çatdırıblar. Görüşdə, həmçinin Sumqayıt seçicilərinin bu dəfə də “Daha güclü Azərbaycan naminə” Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə inam ifadə olunub.
Tədbirdə çıxış edən YAP-ın namizədi M.Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib: “Azərbaycanın qazandığı nailiyyətlər, əldə olunan uğurlar gündən-günə artır. Aparılan islahatlar nəticəsində əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll edilir, şəhərlərimizdə geniş abadlıq-quruculuq işləri aparılır. Bu cür dinamik quruculuq dövründə Milli Məclisin üzvlüyünə namizədliyimin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi bu işlərdə daha yaxından iştirak etməyimə, sumqayıtlıların etimadını doğrultmağa şərait yaradır”.
Tədbirdə iştirak edən seçicilər YAP-ın namizədlərinə səs verəcəklərini dilə gətiriblər.

Paylaş:
Baxılıb: 647 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30