Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Sahibə Qafarovanın növbəti görüşü yüksək seçici fəallığı ilə keçib

Sahibə Qafarovanın növbəti görüşü yüksək seçici fəallığı ilə keçib

07.02.2020 [09:56]

9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi 98 saylı Şəmkir şəhər seçki dairəsindən irəli sürülən Sahibə Qafarovanın seçicilərlə görüşləri davam edir. Ayrı-ayrı kənd və məhəllələrdə seçiciləri ilə görüşən Sahibə Qafarova ölkəmizdə həyata keçirilən dövlət siyasəti və əldə olunan uğurlar, həmçinin parlament seçkilərinin ölkəmizin demokratik inkişafında yeri və rolu barədə məlumat verib. Yüksək seçici fəallığı ilə keçirilən görüşlərdə S.Qafarovanın həyat və fəaliyyəti haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, Sahibə Qafarova Milli Məclisin deputatı kimi ötən müddət ərzində seçiciləri ilə mütəmadi görüşlər və qəbullar keçirib, onların qayğı və problemlərinin həlli ilə ciddi maraqlanıb, qanunların qəbulunda fəallığı ilə seçilib.
Şəmkir rayonunda keçirilən növbəti görüş isə böyük seçici fəallığı və çoxsaylı rayon sakinlərinin yüksək marağı şəraitində keçib. Görüşdə əvvəlcə Sahibə Qafarovanın Milli Məclisdəki çıxışlarından və beynəlxalq təşkilatlarda fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev YAP-ın seçki platforması və partiyamızın namizədinin fəaliyyəti haqqında danışıb.
Görüşdə çıxış edən YAP-ın namizədi müstəqil respublikamızda dövlətçiliyin qurulmasında və möhkəmlənməsində, ölkəmizin bütün sahələr üzrə dinamik inkişafında və xalqımızın rifahının getdikcə yaxşılaşmasında YAP-ın müstəsna xidmətlərindən danışıb. Onun sözlərinə görə, YAP xalqa əvəzsiz xidmətləri ilə ölkəmizdə digər siyasi qüvvələrə nümunə olduğunu konkret işi və nailiyyətləri ilə təsdiqləyib. Bütün bunlarla yanaşı, Yeni Azərbaycan Partiyası daha güclü Azərbaycan naminə fəaliyyətini durmadan genişləndirmək niyyətindədir. Bu səbəbdən də növbəti seçkilərdə də xalqın yekdil səsini qazanmaqla uğurlu işlərini daha da genişləndirməyə çalışır.
Görüşlərdə çıxış edən sakinlər YAP-ın fəaliyyətini yüksək qiymətləndirməklə onun siyasi kursunu davam etdirmək üçün partiya tərəfindən bu dairədən namizədliyi irəli sürülən Sahibə Qafarovanı yekdilliklə dəstəkləyəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 738 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30