Samir Qocayev: Naftalan gəncləri ordumuzun yanındadır və Ali Baş Komandanın əmrini gözləyir
24.07.2020 [09:07]
“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu fakt həm Azərbaycanın dövlət olaraq beynəlxalq miqyasda tanınmasında, həm də hər bir gəncimizin, vətəndaşımızın həyatında bilavasitə rol oynayır. Buna görə də, gələcəyinin parlaq olacağına inanan gənclərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Azərbaycan gəncləri dövlət başçısının siyasətini birmənalı şəkildə dəstəkləyir, statusundan, vəzifəsindən, peşəsindən asılı olmayaraq onların hər biri Vətənə layiq vətəndaş olmağın vacibliyini dərk edir”.
Bu fikirləri Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvü Samir Qocayev deyib.
Samir Qocayevin sözlərinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən tam təmin edilir: “Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı çox yüksək səviyyədədir. Bunu iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində törədilən təxribatın qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması da sübut edib. Ordumuzun ermənilərə layiqli cavabı bütün Azərbaycan xalqını ayağa qaldırıb, bütün ölkə vətəndaşları kimi gənclər arasında da böyük coşğu yaradıb”.
S.Qocayev deyib ki, Ali Baş Komandan İlham Əliyevin döyüşmək istəyən gənclərə çağırışı cavabsız qalmayıb: “Artıq 50 minə yaxın ölkə vətəndaşı, xüsusilə də gənclər cəbhədə xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) qeydiyyatdan keçib. Bu gün cənab Prezidentin çağırışına qoşulan minlərlə gənc arasında Naftalan gəncləri də var və orduda könüllü xidmət etmək üçün SHXÇDX-nin yerli orqanlarında qeydiyyata alınıblar. Naftalan gəncləri ordumuzun yanındadır və Ali Baş Komandanın əmrini gözləyir”.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19

