YAP Nəsimi rayon təşkilatı ictimai-siyasi proseslərdə fəal iştirak edir
20.08.2020 [08:34]
Hazırda 31 min 272 nəfər üzvü olan rayon təşkilatının üzvlərinin 50 faizindən çoxunu qadınlar, 40 faizə qədərini isə gənclər təşkil edir
Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı vaxtdan böyük inkişaf yolu keçib. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiyamız bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atır. Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 760 mindən çox üzv birləşib.
Ölkəmizin siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyasının gücünü təmin edən mühüm amillərdən biri də onun monolit yerli strukturlara malik olmasıdır. Onu da qeyd edək ki, partiyanın şəhər və rayon təşkilatları ötən illər ərzində əhəmiyyətli dərəcədə inkişaf edərək, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. YAP Nəsimi rayon təşkilatı da belə təşkilatlardandır.
YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı partiyanın keçdiyi şərəfli yoldan, ötən dövr ərzində qazandığı uğurlardan danışaraq bildirib ki, 1990-cı illərin əvvəli ölkəmiz üçün ağır və ictimai-siyasi çətinliklərlə dolu olan dövr idi. Həmin vaxtlar respublikanı düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir olan bir siyasi qüvvəyə ehtiyac yaranmışdı. Şübhəsiz ki, bu siyasi qüvvəyə rəhbərlik edəcək şəxs xalq tərəfindən sevilən, cəsarətinə və gücünə inanılan, əməli ilə sözü bir olan, dərin zəkaya və praqmatik düşüncəyə malik bir insan olmalı idi. Belə bir çətin dövrdə ölkənin 91 nəfər ziyalısı yeni partiya yaratmaq və ona rəhbərlik etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət etdilər. 1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfərin iştirakı ilə YAP-ın təsis konfransı keçirildi, partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün öz Proqram və Nizamnaməsinə müvafiq olaraq siyasi mübarizəyə qatıldı. Qısa müddət ərzində partiyamız siyasi cəhətdən yetkinləşən, xalqı öz ardınca aparmağı bacaran böyük bir siyasi qüvvəyə çevrildi.
M.İbrahimqızının sözlərinə görə, YAP Nəsimi rayon təşkilatının təsis konfransı 11 iyul 1993-cü ildə Azərbaycan Tibb Universitetində keçirilib: “YAP Nəsimi rayon təşkilatı fəaliyyət göstərdiyi 27 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib, ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib. Hazırda YAP Nəsimi rayon təşkilatının 100 ərazi ilk partiya təşkilatında 31 min 272 nəfər partiya üzvü birləşib. Belə ki, rayon təşkilatının üzvlərinin 50 faizindən çoxunu qadınlar, 40 faizə qədərini isə gənclər təşkil edir. Bu statistika, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinə olan inamın ifadəsidir”.
O qeyd edib ki, YAP Nəsimi rayon təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını vaxtında yerinə yetirməyə, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak etməyə çalışır.
M.İbrahimqızı onu da bildirib ki, Nəsimi rayonu tarixən ölkəmizin, xüsusilə də Bakının ictimai-siyasi həyatında xüsusi çəkiyə malik bir rayon olub: “Rayonumuz həm də fəal gənclərin, xüsusilə də tələbə gənclərin çox olması ilə fərqlənir. Burada ölkəmizin bir sıra aparıcı ali təhsil müəssisələri, nazirliklər, dövlət komitələri, özəl sektoru təmsil edən təşkilatlar var. Bu mənada rayon təşkilatında qeydiyyatda olan üzvlərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı üçün geniş potensial var”.
M.İbrahimqızı bir neçə gün öncə YAP İdarə Heyətinin videoformatda keçirilən iclasında Nəsimi rayon təşkilatının fəaliyyəti ilə bağlı hesabatın təqdim olunduğunu da diqqətə çatdırıb.
Rayon təşkilatının sədri onu da söyləyib ki, Nəsimi rayonu ərazisində koronavirus pandemiyasına (COVID - 19) qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər görülməkdə davam edir. Belə ki, 400-dən çox aztəminatlı ailəyə yardım olunub. Ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib. Bundan başqa, rayon ərazisində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq təxirəsalınmaz işlər görülür. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilir.
M.İbrahimqızı deyib ki, nəcib aksiyadan faydalanan yüzlərlə aztəminatlı ailələrin üzvləri, tənha yaşayan yaşlı sakinlər əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.
Qeyd etmək lazımdır ki, YAP Nəsimi rayon təşkilatının üzvü olan qadınlar da ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Məlumat üçün bildirək ki, YAP Nəsimi rayon təşkilatının Qadınlar Şurası 1995-ci ildən fəaliyyət göstərir. Hazırda rayon təşkilatının 15 min 884 nəfər qadın üzvü var. Rayon təşkilatının Qadınlar Şurasının sədri Gülarə Verdiyeva bildirib ki, Azərbaycan qadınları tariximizdə böyük rol oynayıblar. Bu gün respublikanın ictimai-siyasi həyatında da qadınlar fəal iştirak edirlər. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti ölkə qadınlarının cəmiyyət həyatında iştirakını daha da artırır. Hazırda bu siyasət Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. G.Verdiyeva deyib ki, qadınlarımız Azərbaycan cəmiyyətinin aparıcı qüvvələrindən biridir və qadınlar dövlət idarəetmə orqanlarında, seçki orqanlarda fəal şəkildə təmsil olunurlar.
O, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarında cəmiyyətdə tanınmış, ziyalı qadınların təmsil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsi kimi üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Rayon təşkilatının işində gənclər də fəal iştirak edirlər. YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanovun sözlərinə görə, hazırda təşkilatda 11 min 92 gənc birləşib. O, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti Nəsimi rayonunda da uğurla həyata keçirilir: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin hərtərəfli inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait böyük diqqətin nəticəsidir. Azərbaycanda ölkə gənclərinin inkişafı üçün geniş imkanlar yaradılıb. Azərbaycan Prezidentinin diqqət və qayğısını gənclər daim öz üzərlərində hiss edirlər. Məhz bunun nəticəsidir ki, bu gün minlərlə gəncimiz dünyanın müxtəlif nüfuzlu ali məktəblərində təhsil alırlar”.
S.Salmanov Azərbaycan gənclərinin yüksək vətənpərvərlik ruhuna malik olduğunu da xüsusi vurğulayıb: “Ötən ay Azərbaycan Ordusunun dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə düşmənə layiqli cavab verməsi insanlarımızda ruh yüksəkliyi yaratdı. Gənclərimiz ordumuza və Ali Baş Komandana dəstək aksiyasına qoşuldular. Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan gənclərimiz könüllü olaraq cəbhəyə getmək və düşmənə qarşı vuruşmaq istəklərini bildirdilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq qaydada müraciət etdilər. Qurumdan verilən məlumata əsasən, bütövlükdə indiyədək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada müraciət ünvanlayıb və onlar müvafiq formada qeydiyyata alınıblar. Bütün bunlar onu göstərir ki, xalqımız öz dövlətinin, Ali Baş Komandanının və ordusunun yanındadır”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

