Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Hacıqabul rayon təşkilatının fəalları Qarabağ müharibəsi əlili Mahir Sadıqovu ziyarət ediblər

YAP Hacıqabul rayon təşkilatının fəalları Qarabağ müharibəsi əlili Mahir Sadıqovu ziyarət ediblər

17.09.2020 [09:31]

Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının üzvləri mütəmadi olaraq xüsusi qayğıya ehtiyacı olan insanları ziyarət edir, onların problemləri ilə maraqlanır. Növbəti belə görüş Qarabağ müharibəsi əlili, birinci qrup gözdən əlil Mahir Sadıqovla olub.
Belə ki, partiya rayon təşkilatının sədri Hafis Bəşirov və təşkilatın Gənclər Birliyinin fəalları Mahir Sadıqovu evində ziyarət edərək onun səhhəti və qayğıları ilə maraqlanıblar. Görüşdə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi Mahir Sadıqova təqdim edilib. YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov Vətən uğrunda döyüşərək şəhid olmuş, eləcə də sağlamlığını itirmiş igid oğullarımızın heç bir zaman unudulmayacağını bildirib və onların qəhramanlığının, döyüş yolunun gənc nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb.
Öz növbəsində, Mahir Sadıqov onun səhhəti və qayğıları ilə yaxından maraqlandıqlarına və səmimi görüşə görə YAP Hacıqabul rayon təşkilatının rəhbərliyinə, Gənclər Birliyinin üzvlərinə təşəkkürünü bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin müharibə əlillərinə, şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində onların maddi, məişət problemlərinin həll olunduğunu, yeni mənzillərlə, avtomobillərlə təmin edildyini deyən M.Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edib.

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31