/ / İlqar İlyasov: İşğal altında olan Azərbaycan torpaqlarında muzdluların məskunlaşdırılması terror məqsədi daşıyır
İlqar İlyasov: İşğal altında olan Azərbaycan torpaqlarında muzdluların məskunlaşdırılması terror məqsədi daşıyır
23.09.2020 [09:17]
“Tarixdən hər kəsə məlumdur ki, dünyada Ermənistan adlı dövlət mövcud olmayıb. Ermənilərin Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırılması tarixləri müxtəlifdir. Ən sadə nümunə sübut edir ki, ermənilər qədim Azərbaycan ərazisinə sonradan gəlmədirlər və onların bu torpaqlara yerləşdirilməsinin də arxasında məkrli siyasət dayanır”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib.
İ.İlyasov bildirib ki, tarixi faktlar bütün reallıqları üzə çıxarır: “Əslində, tarixi faktlar erməniləşdirmə prosesinin Rusiya imperiyasının siyasəti oldugunu isbat edir. Ermənilər yalnız imperiyanın yaratdıgı tarixi fürsətlərdən məharətlə istifadə etməyə çalışıb. Bu məqamda qeyd edək ki, bu məkrli siyasətin iştirakçısı kimi ermənilər seçilib. Bu siyasətdən dəstək alan ermənilər tarixən “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayıb, əsasən Qafqazda, məxsusən də Azərbaycan ərazilərində işgalçılıq, zorakılıq, terror siyasəti həyata keçirib və bu gün də bu vandal əməllərindən əl çəkmirlər. Dağlıq Qarabağ və yeddi ətraf rayonu etnik təmizləməyə məruz qoyan Ermənistan bu ərazilərdə qeyri-qanuni fəaliyyətlərini davam etdirirlər”.
İ.İlyasovun sözlərinə görə, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində Suriya və Livandan olan ermənilərin yerləşdirilməsi də bu məqsədin həyata keçirilməsindən qaynaqlanır: “Digər bir məqsəd isə həmin ermənilərdən muzdlu döyüşçü kimi istifadə etməkdir. Aydındır ki, işğal altında olan Azərbaycan torpaqlarında məskunlaşdırılan muzdlular Azərbaycana qarşı terror cəhdləri edəcəklər. Ən təhlükəli məqamlardan biri də budur ki, işğal altında olan ərazilərimizdəki tarixi-dini abidələrimizi erməniləşdirib gəlmələrin vasitəsilə foto-video materiallarını dünyaya yaymaqla bu ərazilərin guya ermənilərə məxsus olmasını nümayiş etdirməyə cəhd göstərirlər. Lakin ermənilərin bu əməllərinə beynəlxalq ictimaiyyət yetərincə diqqət yetirmir. Ermənilər tərəfindən istər 1949-cu il Cenevrə Konvensiyasının və ona əlavə Protokolların müddəalarının pozulması, istərsə BMT Təhlükəsizlik Şurasının Daglıq Qarabag münaqişəsi ilə bağlı qətnamələrinə məhəl qoyulmamasına beynəlxalq qurumların reaksiya verməməsi ikili standartlardan xəbər verir”.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

