YAP Göyçay rayon təşkilatı ötən dövr ərzində uğurla fəaliyyət göstərib
25.09.2020 [08:39]
Hazırda 88 ərazi ilk partiya təşkilatında 8 min 139 nəfər üzv birləşib
Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı vaxtdan böyük inkişaf yolu keçib. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiyamız bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə imza atır. Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 760 mindən çox üzv birləşib. Ölkəmizin siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyasının gücünü təmin edən mühüm amillərdən biri də onun monolit yerli strukturlara malik olmasıdır. Onu da qeyd edək ki, partiyanın şəhər və rayon təşkilatları ötən illər ərzində əhəmiyyətli dərəcədə inkişaf edərək, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. YAP Göyçay rayon təşkilatı da belə təşkilatlardandır.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov partiyamızın böyük inkişaf yolu keçdiyini bildirərək qeyd edib ki, 1990-cı illərin əvvəli ölkəmiz üçün ağır və ictimai-siyasi çətinliklərlə dolu olan dövr idi. Həmin vaxtlar respublikanı düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir olan bir siyasi qüvvəyə ehtiyac yaranmışdı. Şübhəsiz ki, bu siyasi qüvvəyə rəhbərlik edəcək şəxs xalq tərəfindən sevilən, cəsarətinə və gücünə inanılan, əməli ilə sözü bir olan, dərin zəkaya və praqmatik düşüncəyə malik bir insan olmalı idi. Belə bir çətin dövrdə ölkənin 91 nəfər ziyalısı yeni partiya yaratmaq və ona rəhbərlik etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət etdilər. 1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfərin iştirakı ilə YAP-ın təsis konfransı keçirildi, partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Ulu Öndər Heydər ƏliyevYeni Azərbaycan Partiyasının Sədri seçildi.Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün öz Proqram və Nizamnaməsinə müvafiq olaraq siyasi mübarizəyə qatıldı. Qısa müddət ərzində partiyamız siyasi cəhətdən yetkinləşən, xalqı öz ardınca aparmağı bacaran böyük bir siyasi qüvvəyə çevrildi.
S.Şükürov qeyd edib ki, YAP Göyçay rayon təşkilatı 1993-cü il, martın 6-da yaradılıb. Hazırda 88 ərazi ilk partiya təşkilatında 8139 nəfər üzv birləşib. Üzvlərin 3406 nəfərini gənclər, 4697 nəfərini isə qadınlar təşkil edir. “YAP Göyçay rayon təşkilatı fəaliyyət göstərdiyi illər ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Bu dövrdə təşkilatımıza üzv olan şəxslərin böyük əksəriyyətini gənclər təşkil edir. Bu da gənclərin Heydər Əliyev ideyalarına və Prezidentimiz İlham Əliyevin siyasətinə dərin inamının ifadəsidir”, - deyən S.Şükürovun sözlərinə görə, rayon təşkilatının üzvləri Göyçayın sosial-iqtisadi inkişafında, ictimai həyatında da fəal iştirak edirlər. “Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarımız sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir. Bu baxımdan, Göyçayın inkişafı da xüsusi vurğulanmalıdır. Ötən illər ərzində Göyçayda çox böyük quruculuq işləri həyata keçirilib, rayonun simasi əhəmiyyətli dərəcədə müasirləşib”, - deyə rayon təşkilatının sədri söyləyib.
Onu da qeyd edək ki, hazırda Göyçay rayonu ərazisində koronavirus pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər görülməkdə davam edir. YAP Göyçay rayon təşkilatının aparat rəhbəri Cavid Rəhimovun sözlərinə görə, dünyanın bütün ölkələrini ağuşuna almış yeni növ koronavirus (COVID - 19) infeksiyasına qarşı ölkəmizdə həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Göyçay rayonunda da bir sıra qabaqlayıcı tədbirlər görülüb. Bu prosesdə YAP Göyçay rayon təşkilatının könüllüləri də fəallıq göstəriblər. Onun sözlərinə görə, gənc partiya fəallarının iştirakı ilə COVID-19-a qarşı mübarizə məqsədilə əhali arasında maarifləndirmə tədbirləri aparılıb,insanların daha çox toplaşdığı yerlərdə təbliğat materialları paylanıb: “Aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan insanlara qoruyucu vasitələr, ərzaq və digər ehtiyacı olan ləvazımatlar da paylanılıb. Karantin müddətində 161 nəfərdən çox sakinə gigiyenik vasitələr çatdırılıb. YAP Göyçay rayon təşkilatının könüllüləri 4 aprel-3 iyun tarixləri ərzində 58 imkansız ailəyə ərzaq yardımı edib. Həmçinin, təşkilatın könüllüləri Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi ilə birlikdə 119 imkansız ailəyə sosial xidmət göstərib və ərzaq yardımı paylayıb. Eyni zamanda, könüllü gənclər Heydər Əliyev Fondu tərəfindən imkansız ailələr üçün rayona göndərilmiş ərzaq yardımlarını 394 imkansız ailəyə çatdırıb”.
Vurğulayaq ki, YAP Göyçay rayon təşkilatının üzvü olan qadınlar da ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Qeyd etdiyimiz kimi, rayon təşkilatının üzvlərinin 4697 nəfərini qadınlar təşkil edir. YAP Göyçay rayon təşkilatı Qadınlar Şurasının sədri Zivər Zeynalovanın sözlərinə görə, koronavirusla mübarizə tədbirləri çərçivəsində Qadınlar Şurasının fəalları rayondakı yaşı 65-dən yuxarı olan tənha yaşayan qadınlara baş çəkib, onlara mənəvi dəstək olub və ehtiyac olanlara maddi köməklik göstəriblər: “Eyni zamanda, Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın törətdiyi hərbi təxribata etiraz olaraq təşkilatımızın fəal qadınları sosial şəbəkələrdə əhaliyə müraciətlə çıxış ediblər. Bununla yanaşı, qadınlarımız ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu siyasətin təbliğatında da yaxından iştirak edir. Ziyalı qadınlarımız xüsusilə bu prosesdə aktivlik göstərir”.
Rayon təşkilatının Gənclər Birliyi də pandemiya şəraitində də öz aktiv fəaliyyətini davam etdirir. Təşkilatın Gənclər Birliyinin sədri Tural Əhmədov bildirib ki, gənclərimiz hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarına və ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinə sadiqdirlər. Onun sözlərinə görə, hazırda rayon təşkilatında 3406 - dən çox gənc birləşib: “Ötən dövr ərzində gənclərimiz ictimai-siyasi proseslərdə fəal iştirak ediblər, dövlətimizin uğurlu siyasətinin əhali arasında təbliğ aktivlik göstəriblər. Hazırda da bu proses davam edir. Pandemiya ilə əlaqədar olaraq sosial təcrid vəziyyətində gənclərimiz daha çox fəaliyyətlərini sosial şəbəkələrdə davam etdirirlər. Eyni zamanda, onlar gənclərin onlayn konfranslarında fəallıq göstərir, YAP Gənclər Birliyi tərəfindən təşkil olunmuş “Gənclərin yay düşərgəsi” ndə onlayn olaraq iştirak ediblər. Həmçinin, Tovuz döyüşləri zamanı ilk olaraq ayağa qalxan, Vətəni müdafiə etmək üçün birlik nümayiş etdirənlər də gənclər oldular. Yüzlərlə rayon gənc könüllü olaraq döyüşə getməyə hazır olduğunu bildirirək, könüllü olaraq ordu sıralarına yazıldılar”.
T.Əhmədov onu da qeyd edib ki, hazırda könüllü gənclər ictimai fəallıq göstərir, müxtəlif aksiyalarla əhalinin qayğıya ehtiyacı olan hissəsinə yaxından köməklik edirlər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17

