Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şərurda soyqırımı qurbanları yad edilib

Şərurda soyqırımı qurbanları yad edilib

31.03.2010 [10:36]

31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı YAP Şərur rayon təşkilatında  tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı aktının acı nəticələrindən və 70 illik sovet imperiyası rejiminin bu tarixi cinayətin ört-basdır edilməsi üçün həyata keçirdiyi məkrli siyasətdən danışıb.
Tədbirdə YAP Şərur rayon təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Ramin Şükürovun məruzəsi dinlənilib. Natiq azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətini ətraflı təhlil edib. O, Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində ilk dəfə olaraq 26 mart 1998-ci  ildə “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamaqla xalqımıza qarşı törədilən bu cinayətin obyektiv mənzərəsini təsvir etmək, ona siyasi və hüquqi qiymət vermək imkanı yaratdığını bildirib.
Tədbirdə YAP Şərur rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Məmmədova, Dəmirçi kənd orta məktəbinin  müəllimi Nemət Şükürov, YAP Düdəngə məktəb ilk partiya təşkilatının sədri Zakir Seyidov çıxış ediblər.
Sara ƏZİMOVA

Paylaş:
Baxılıb: 1439 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30