YAP Gəncə şəhər təşkilatının gəncləri balaca Xədicəyə dəstək olublar
22.10.2020 [09:14]
Sentyabrın 27-də cəbhədə döyüşlərin başladığı vaxtdan minlərlə Azərbaycanlı gənclər kimi YAP Gəncə şəhər təşkilatının fəal gəncləri, könüllüləri arxa cəbhədə Vətən qarşısında borclarını yerinə yetirməyə çalışır, əllərindən gələn köməklikləri əsirgəmirlər. Onlar şəhər sakinləri arasında təbliğat və maarifləndirici tədbirlərin həyata keçirilməsində, düşmənin informasiya təxribatlarının qarşısının alınmasında, Vətən uğrunda canlarından keçən şəhidlərin dəfnində, ağır artilleriya və raket atəşinə tutulmuş yaşayış yerlərini müvəqqəti tərk etmək məcburiyyətində qalmış və müəyyən təhlükəsiz yerlərdə yerləşdirilmiş uşaq, qadın və qocalara humanitar kömək göstərilməsində, onlara dərman, gigiyenik vasitələrin paylanmasında, ərzaqla təmin edilməsində gənclər böyük ruh yüksəkliyi ilə iştirak edirlər.
İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının yerlə yeksan edildiyi, dinc sakinlərin qətlə yetirildiyi, yaralandığı hər terror aktında YAP Gəncə şəhər təşkilatının gəncləri ziyan görmüş mülki vətəndaşların, gözüyaşlı sakinlərin yanında olub, onlara dəstək olmağa çalışıblar.
Bu dəfə gənclər oktyabrın 17-də erməni silahlılarının Gəncəyə atdığı raket zərbəsindən həlak olan Şahnəzərovlar ailəsindən yeganə sağ qalan balaca Xədicəyə baş çəkiblər.
Gənclər gördükləri dəhşətdən hələ də özünə gələ bilməyən balaca Xədicəyə müxtəlif oyuncaqlar, gəlinciklər hədiyyə edərək, körpəyə maddi və mənəvi dəstək olmağa çalışıblar.
Qeyd edək ki, həmin gecə Xədicə Şahnəzərovanın atası, anası və yaşyarımlıq bacısı Mədinə erməni vandalizminin qurbanı olub.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

