Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Kəlbəcər rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü qeyd olunub

YAP Kəlbəcər rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü qeyd olunub

20.11.2020 [20:51]

Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatının qərargahında partiyanın yaranmasının 28-ci ildönümü qeyd edilib. Pandemiyanın tələbləri nəzərə alınaraq keçirilən tədbirin əvvəlində iştirakçılar Ulu Öndər Heydər Əliyevin, Vətən müharibəsində həlak olanların və bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 
Rayon təşkilatının aparat rəhbəri Qənaət Əsgərov tədbir iştirakçılarını tarixi qələbə – ölkəmizin ərazi bütövlüyünün bərpa olması münasibətilə təbrik edib. Partiyanın yaranma tarixindən danışan Q.Əsgərov böyük qələbənin məhz YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olduğunu bildirib: "30 il mənfur düşmənin işğalı altında olan Qarabağımızı özümüzə qaytaran Partiyamızın Sədri, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq".
YAP Kəlbəcər rayon təşkilatının Qadınlar Şurasının sədri Şəlalə Məmmədova çıxışında bugünkü tarixin əlamətdar olduğunu, yəni partiyanın yaranmasının Vətən müharibəsində qazandığımız böyük qələbəmizlə eyni vaxta təsadüf etdiyini bildirib.
Daha sonra çıxış edən partiya fəalı Əli Bağırov, təşkilatın təlimatçısı  Elçin Salahov YAP Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin son 17 ildə apardığı daxili və xarici siyasətdən ətraflı bəhs ediblər.
Paylaş:
Baxılıb: 647 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31