/ / Musa Quliyev: Biz bundan sonra partiyamızın yubileylərini daha yüksək ab-havada, qalibiyyət əhval-ruhiyyəsində qeyd edəcəyik
Musa Quliyev: Biz bundan sonra partiyamızın yubileylərini daha yüksək ab-havada, qalibiyyət əhval-ruhiyyəsində qeyd edəcəyik
21.11.2020 [00:22]
“Yeni Azərbaycan Partiyası (YAP) Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən siyasi təşkilatdır. Partiyamız ötən 28 il ərzində şərəfli yol keçib. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, müstəqilliyimizin ilk illərində bu partiyanın yaranması tarixi zərurətə çevrilmişdi. Onun sözlərinə görə, Azərbaycanın parçalanması təhlükəsi xalqımızın Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışlarını gücləndirirdi. Çünki bütün vətəndaşlar yalnız Heydər Əliyevi xilaskar kimi görürdü. 21 noyabr 1992-ci ildə yaranan partiyamız Ulu Öndər Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi.
YAP Siyasi Şurasının üzvü qeyd edib ki, YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır.
“Partiyamız öz prinsiplərində Heydər Əliyev ideyalarına əsaslanır. Məhz bu amil uğurlarımızı təmin edən başlıca şərtdir. Bu gün ölkədə YAP ilə rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur. Prezident, parlament, bələdiyyə seçkilərində mütəşəkkillik göstərən xalqımız daim Ulu Öndərimizin ideyalarına sədaqətini nümayiş etdirir. Xüsusilə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız bu gün çox böyük uğurlara imza atır. Məhz bunun nəticəsidir ki, partiyamız Cənubi Qafqaz regionunda ən güclü siyasi təşkilatdır. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək. Bu əminliyi şərtləndirən vacib amil partiyamızın Sədri, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunmasıdır. Biz bundan sonra partiyamızın yubileylərini daha yüksək ab-havada, qalibiyyət əhval-ruhiyyəsində qeyd edəcəyik”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56

