Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Rövlan Heydərov: Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı

Rövlan Heydərov: Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı

02.12.2020 [09:19]

“Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 gün ərzində uğurla həyata keçirdiyi əks-hücum əməliyyatları Azərbaycanın tam qələbəsi və işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları yardı. Düşmən dövlətin darmadağın edilən hərbi birləşmələri texnika və canlı qüvvə sarıdan böyük itkilər verərək tamam çökdü. Qısa müddətdə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Azərbaycanın Silahlı Qüvvələri noyabrın 8-də Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, bir gün sonra isə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Düşmənin ağ bayraq qaldırması ilə yanaşı, üç onillik ərzində işğal altında qalan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı”. Bunu “Yeni Azərbaycan”a açıqlamasında YAP Naftalan şəhər təşkilatının Aparat rəhbəri Rövlan Heydərov deyib.
R.Heydərov bildirib ki, bu gün hər kəs etiraf edir ki, üç onillik ərzində işğal altında qalan torpaqlarımız məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində geri qaytarılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xilaskarlıq missiyası yerinə yetirən Azərbaycanın Silahlı Qüvvələrinin şəxsi heyəti canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. Ordumuzun gücü ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması Azərbaycan xalqının böyük xoşbəxtliyidir.

Paylaş:
Baxılıb: 708 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31