Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfrans keçirilib

“İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfrans keçirilib

26.12.2020 [09:23]

Dekabrın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfrans keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin moderatoru YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan gəncliyi ölkəmizin hərtərəfli inkişafında fəal iştirak edir. Bu baxımdan, dayanıqlı inkişaf məqsədlərində, işğaldan azad edilmiş ərazilərin quruculuğunda gənclərin iştirakı vacib amildir.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin tarixində yeni bir dövrün başlanğıcıdır. Bu Qələbə yeni geosiyasi, iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də mühüm tarixi proseslərin əsasını qoyur. Hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Artıq dövlətimizin bu istiqamətdə fəaliyyətə başladığını deyən H.Hüseynov qeyd edib ki, prosesdə Azərbaycan gəncliyi də fəal iştirak etməlidir.

Milli Məclisin deputatı Nigar Arpadari torpaqlarımızın işğaldan azad edilməsini tarixi hadisə kimi səciyyələndirib. Vurğulayıb ki, növbəti mərhələlərdə insanların doğma yurdlarına qayıtması prosesi başlayacaq. Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıtması Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Bu rayonların zəngin resursları, yaradılacaq yeni infrastruktur həmin ərazilərdə yaşayan insanların, o cümlədən gənclərin rifahına öz müsbət təsirini göstərəcək.

Təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin dayanıqlı inkişafının əhəmiyyətindən bəhs edib. O bildirib ki, təhsil dayanıqlı inkişaf məqsədləri arasında xüsusi yer tutur. Cəmiyyətin inkişafında təhsil böyük əhəmiyyətə malikdir. Azərbaycan dövləti təhsilə xüsusi əhəmiyyət verir. Ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün ardıcıl işlər görülür. Bu mənada, gənclərin yüksək təhsil alması, yüksək bilikli vətəndaş kimi formalaşması onların dayanıqlı inkişafında mühüm rol oynayır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimzdə təhsil infrastrukturunun bərpa olunması müsbət nəticələrini göstərəcək.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev isə deyib ki, Azərbaycan gəncliyi bütün platformalarda ölkəmizi layiqincə təmsil edir. Gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi olaraq işğaldan azad edilmiş ərazilərimizin bərpasında da fəal iştirak edəcəklər. Eyni zamanda, həmin ərazilərimizdə yaşayışın bərpa olunması, həyatın canlanması gənclərin dayanıqlı və fərdi inkişafına əhəmiyyətli təsirini göstərəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da çıxış edərək işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri istiqamətində tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, bu istiqamətdə təmsil etdiyi qurumun üzərinə düşən vəzifələrdən bəhs edib, bu məqsədlə layihələrin nəzərdə tutulduğunu söyləyib.

Qeyd edək ki, tədbirdə bütün çıxışlar zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə xüsusi vurğulanıb, Qələbənin əldə edilməsində gənclərimizin rolu qeyd edilib.

Sonda videokonfrans iştirakçılarının sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31