/ / Kubra Əliyarlı: İşğalçı Ermənistan istər hərb, istərsə də siyasət meydanında ağır məğlubiyyətə uğradılıb
Kubra Əliyarlı: İşğalçı Ermənistan istər hərb, istərsə də siyasət meydanında ağır məğlubiyyətə uğradılıb
08.01.2021 [09:01]
“2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi daxil oldu. Məhz Azərbaycan dövlətinin, ordumuzun və xalqımızın birliyi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbəni şərtləndirdi və Ermənistanı məğlub edilmiş tərəf kimi kapitulyasiya aktını imzalamağa məcbur etdi. 44 günlük Vətən müharibəsində müzəffər ordumuz misilsiz rəşadət göstərərək irəlilədi, öz torpaqlarını azad etdi və düşmənin uzun illər yaratmağa çalışdığı “yenilməz ordu” mifini darmadağın etdi. Beləliklə, işğalçı Ermənistan istər hərb, istərsə də siyasət meydanında ağır məğlubiyyətə uğradılıb”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı deyib.
K.Əliyarlının sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tribunalardan dəfələrlə bəyan etmişdi ki, Azərbaycan Ermənistanın işğalı ilə heç bir zaman barışmayacaq və bu məsələdə heç bir güzəştə getməyəcək: “Lakin Ermənistanın indiki hərbi-siyasi rəhbərliyi atdığı addımlar və verdiyi açıqlamalarla dəfələrlə danışıqlar prosesini kobudcasına pozdu, Azərbaycanın beynəlxalq hüquqla təsdiq edilmiş ərazi bütövlüyünə qarşı işğalçılıq siyasətini davam etdirdi. Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlayan və Vətən müharibəsi ilə tarixi torpaqlarımızı işğaldan azad edən ordumuz öz qətiyyətini, gücünü və peşəkarlığını bütün dünyaya sübut etdi”.
“2021-ci ilə qədəm qoyduğumuz bu günlərdə Azərbaycan xalqı dövlətimiz və ordumuzla birliyinin və həmrəyliyinin təntənəsini qürurla yaşayır. Azərbaycan özünün yeni dönəminə qədəm qoyur. Belə ki, sonrakı mərhələdə erməni terroru, vandalizmi nəticəsində dağıdılmış, yerlə-yeksan edilmiş yurd yerlərimizin bərpa olunması, uzun illər məcburi köçkün həyatı yaşayan soydaşlarımızın doğma Qarabağ torpaqlarına qayıtması üçün təxirəsalınmaz tədbirlər görülür”, - deyə K.Əliyarlı qeyd edib.
Xəbər lenti
Hamısına baxİdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24

