YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Rəcəb Qurbanovun ailəsini ziyarət ediblər
05.03.2021 [09:14]
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilatın bir qrup fəal üzvü “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Bərdə rayon Kələntərli kəndindən olan şəhid çavuş Rəcəb Elşən oğlu Qurbanovun ailəsini ziyarət ediblər.
20 yaşlı şəhidimizin atası Elşən Qurbanov və anası Şəfa Qurbanova Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasında onların övladlarının da iştirakından qürur duyduqlarını deyiblər. Şəhidin valideynləri, həmçinin ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən dəstəkdən, xüsusilə də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından razılıqlarını bildiriblər.
Rayon təşkilatının üzvləri ailənin problemləri ilə maraqlanıb və həlli üçün köməkliklər göstəriblər.
Qeyd edək ki, Rəcəb Qurbanov 2019-cu ilin yanvar ayında hərbi xidmətə yollanıb və əsgər olduğu müddətdə hərbi xidmətdə fərqləndiyinə görə bir neçə dəfə mükafatlandırılıb.O, həmçinin Tovuz döyüşlərində də iştirak edib. Hərbi xidmətini bitirdikdən sonra olduğu hərbi hissədə çavuş rütbəsi ilə hərbi xidməti davam etdirməyə başlayıb. Sentyabr ayının 27-də başlayan Vətən müharibəsində Rəcəb Murovdağ yüksəkliyinin, Füzuli, və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Qurbanov Rəcəb Elşən oğlu ölümündən sonra “Vətən uğrunda”, “Şücaətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

