Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Xızı rayon təşkilatında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib

YAP Xızı rayon təşkilatında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib

28.05.2021 [10:14]

Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi islahatlardan, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan, dövlətçiliyimizin möhkəmləndirilməsindən, müstəqil ölkəmizin uğurlarından danışıb.
Bildirilib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, mütərəqqi ənənələr yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, Azərbaycan dilinə dövlət dili statusu verildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.
Daha sonra təşkilatın İdarə Heyətinin üzvü Svetlana Rüstəmova, təşkilatın Gənclər Birliyinin sədri İman Ağayev və Şura üzvü Fazil Məmmədov çıxış ediblər.

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31