Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid polkovnik-leytenant Mehman Qənbərovun ailəsini ziyarət ediblər

YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid polkovnik-leytenant Mehman Qənbərovun ailəsini ziyarət ediblər

02.06.2021 [09:06]

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilatın nümayəndələri rayonun Qarağacı kəndindən olan Vətən müharibəsi şəhidi polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlunun doğum günündə onun ailəsini ziyarət ediblər.
Qeyd edək ki, Qənbərov Mehman Nəriman oğlu 1981-ci ildə Ağdam rayonunun Maqsudlu kəndində anadan olub. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra məcburi köçkün olaraq ailəsi ilə birlikdə Bərdəyə pənah gətiriblər.
Ziyarət zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razı qaldıqlarını qeyd ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Qənbərov Mehman Nəriman oğlu ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31