Hatəm Qocayev: Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir
04.06.2021 [09:21]
“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni reallıq yaradıb. Hazırda bu reallığın şərtlərinə uyğun olaraq atılacaq addımlar müzakirə olunur: “Onu da deyim ki, bu addımlar region ölkələrinin hamsının mənafeyinə xidmət edir. Həmçinin işğalçı və revanşist təfəkkürdən əl çəkəcəyi təqdirdə Ermənistan da bu reallığın meydana çıxardığı imkanlardan yararlana bilər. Yəni əgər Ermənistan düşdüyü böhrandan, xaos və anarxiya girdabından xilas olmaq istəyirsə, regiona sabitlik və inkişaf vəd edən layihələrdə iştirak etməlidir”.
Hatəm Qocayev onu da bildirib ki, öz torpaqlarını işğaldan azad edən Azərbaycan hazırda həmin yerlərdə bərpa-quruculuq işlərinə starat verib: “Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir. Bu kontekstdə Ağdamda da mühüm addımlar atılır. Məlum olduğu kimi, Ağdam şəhərinin infrastrukturu tamamilə bərpa olunacaq. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub. Dövlət başçısının səfəri zamanı, həmçinin gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının da təməli qoyulub. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Səfər zamanı, eyni zamanda, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyulub və artıq yaxın gələcəkdə yol istismara veriləcək. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası da artıq hazırlanıb. Prezident İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində də iştirak edib. Burada ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “Ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq”.
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

