Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazisi Sərxan Bünyadova baş çəkiblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazisi Sərxan Bünyadova baş çəkiblər

04.06.2021 [09:23]

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini, Vətən müharibəsi qazisi Sərxan Əlixan oğlu Bünyadovu ziyarət edib, onun və ailəsinin qayğıları ilə maraqlanıblar.
Səmimi keçən görüş zamanı V.Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə edib, qəhrəman şəhidlərimizin bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiklərini vurğulayıb. Qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən YAP Suraxanı rayon təşkilatının sədri hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu deyib.
Qazi Sərxan Bünyadov deyib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Sonda Vətən müharibəsi qazisinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 701 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31