ADA Universitetində YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib
09.06.2021 [09:37]
İyunun 8-də ADA Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib.
Əvvəlcə ADA Universitetinin Tələbə qəbulu və qeydiyyatı şöbəsinin mütəxəssisi Elşad Göyüşov gəncləri ali təhsil ocağında yaradılan şəraitlə tanış edib.
Akt zalında davam edən görüşdə ADA Universitetinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. E.Göyüşov bildirib ki, hazırda ADA Universitetində 2560 tələbə təhsil alır: “Müxtəlif ölkələrdən bu ali təhsil ocağında təhsil alan tələbələr burada beynəlmiləl mühitin yaradılmasına böyük töhfələr verirlər. Tələbələr bu təhsil ocağında müasir tələbə şəhərciyi mühitindən, fəal və maraqlı tələbə həyatından, yüksək akademik göstəricilərlə oxuyan tələbələrə təhsil haqqında edilən güzəştlərdən və dünyanın aparıcı universitetləri ilə təhsil mübadiləsi imkanlarından yararlanırlar”.
ADA Universitetinin nümayəndəsi qeyd edib ki, təhsil ocağı fəaliyyətə başladığı gündən dərslər ingilis dilində tədris edilir.
Təhsil müəssisəsində ictimai və beynəlxalq münasibətlər, biznes, informasiya texnologiyaları və mühəndislik fakültələrinin fəaliyyət göstərdiyini, tələbələrin bakalavr pilləsi üzrə beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, hüquqşünaslıq, biznesin idarə edilməsi, iqtisadiyyat, kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, magistr pilləsi üzrə diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə olunması, MBA, təhsil menecmenti, ümumilikdə 19 ixtisas üzrə təhsil aldığını bildirən mütəxəssis yeni ixtisasların yaradılmasından, həmçinin bu tanışlığın gələcək üçün perspektivlərindən də bəhs edib.
ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə “Gənclər siyasəti və iştirakçılıq” mövzusunda danışaraq bildirdi ki, təhsil hər bir dövlətin gələcəyidir. Gənclərimiz elmin sirlərinə dərindən yiyələnməli, savadlı, bilikli olmalı, öz bilik və bacrıqlarını ölkəmizin inkişafına, tərəqqisinə yönəltməlidirlər.
Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında birləşdirdiyi gənclərə ictimai-siyasi fəallıqlarını artırmaları üçün geniş imkanlar açdığını bildirən F.İsmayılzadə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun, eyni zamanda, hazırda görüşdə iştirak edən bir neçə gəncin məhz ADA Universitetinin məzunları olduqlarını vurğulayıb.
Gənclərin Azərbaycan həqiqətlərinin təbliğində fəal iştirakı məsələsinə diqqət çəkən F.İsmayılzadə deyib ki, onlar müasir dövrün imkanlardan maksimum istifadə etməlidirlər.
ADA Universitetinin məzunu, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov görüşün yüksək səviyyədə təşkilinə, onlara tanışlıq üçün yaradılan gözəl şəraitə görə bu ali təhsil ocağının rəhbərliyinə, bütün kollektivə öz təşəkkürünü bildirib.
Diskussiya şəklində davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb. YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun müxtəlif ölkələrdən olan tələbələrin təhsil aldığı bu ali təhsil ocağında dəyər və ideologiya işinin hansı prizmadan həyata keçirilməsi ilə bağlı sualını cavablandıran icraçı prorektor Fariz İsmayılzadə bildirib ki, ADA Universitetində azad mühit mövcuddur: “Fərqli siyasi baxışlar, fərqli dəyərlər ola bilər. Azadlıq olan yerdə inkişaf, tərəqqi vardır. Hər kəsin fikirlərinə hörmətlə yanaşılır. Amma universitetin fəaliyyətində üç prinsip - bilik, vətənpərvərlik və bacarıq əsasdır. Tələbələr bilikli olmalı, vətənpərvərlik hisslərini müxtəlif istiqamətlərdə təsdiq etməli, bilik və bacarıqlarını ölkəmizin inkişafına yönəltməlidirlər. Bax, bu amillərin sintezi ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcək”.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

