Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gədəbəy rayon təşkilatının üzvləri şəhid məzarını ziyarət ediblər

YAP Gədəbəy rayon təşkilatının üzvləri şəhid məzarını ziyarət ediblər

10.06.2021 [09:13]

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan hərbçilərimizin ailələri ilə görüşlərini davam etdirir. Bu silsilədən növbəti görüş rayonun Parakənd kəndindən olan şəhid Allahverdiyev Seymur Qərib oğlunun ad günündə baş tutub.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin və təşkilatın fəallarının, o cümlədən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə qəhrəman şəhidin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb. Şəhid ailəsi ilə görüşdə R.Nağıyev Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdən bəhs edib. O, bildirib ki, dövlətimiz şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı göstərir.
Şəhid ailəsinin üzvləri göstərilən yüksək diqqətə və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31