Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Səbail rayon “Dövlət Auditi” ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib

YAP Səbail rayon “Dövlət Auditi” ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib

24.06.2021 [09:12]

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon “Dövlət Auditi” (Azərbaycan Respublikası Hesablama Palatası) ərazi ilk partiya təşkilatı İdarə Heyətinin iclası keçirilib. İclasda YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Azərbaycan Respublikası Hesablama Palatasının Aparat rəhbəri Vüqar İbrahimov və “Dövlət Auditi” ərazi ilk partiya təşkilatının üzvləri iştirak ediblər.
YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev “Dövlət Auditi” ərazi ilk partiya təşkilatının ən fəal və nizam-intizamlı təşkilatlardan biri olduğunu qeyd edib. Ş.Hacıyev Azərbaycan Respublikası Hesablama Palatasının rəhbərliyi başda olmaqla bütün kollektivinə və ərazi ilk partiya təşkilatının yeni seçiləcək İdarə Heyətinə uğurlar arzulayıb.
Sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlanılıb. Təşkilatın 7 nəfərlik İdarə Heyəti seçilib. Vaqif Həsənov “Dövlət Auditi” ərazi ilk partiya təşkilatının sədri, İbiş İbişzadə sədr müavini və Elvin İbrahimli təşkilatın katibi seçilib.
“Dövlət Auditi” ərazi ilk partiya təşkilatının yeni seçilmiş sədri Vaqif Həsənov isə ona göstərilən etimada görə təşəkkür edib.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 709 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31