Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının X hesabat konfransı keçirilib
02.07.2021 [10:30]
İyulun 1-də Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. S.Vəliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il 11 sentyabr tarixində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından genişlənir: “Belə ki, hazırda 143 ərazi ilk partiya təşkilatında 14 minə qədər üzv birləşib. Üzvlərin sayı IX konfransda 13078 nəfər idisə, bu rəqəm bu gün 13993-dür. Bu müddət ərzində partiya üzvlərinin sayında 915 nəfər artım olub. Üzvlərin 50 faizindən çoxunu gənclər təşkil edir. 2017-ci ildə 6097 gənc partiya sıralarında birləşmişdisə, bu gün onların sayı 6766 nəfərdir. Cəmiyyətdə aktivliyi ilə seçilən qadınlarımızın da sayında artım olub. 2017-ci ildə onların sayı 5811 nəfər idisə, bu gün bu rəqəm 6235-dir”.
S.Vəliyeva onu da qeyd edib ki, YAP Nizami rayon təşkilatı IX konfransdan ötən müddət ərzində YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq cəmiyyətimizin bütün sosial təbəqələrini əhatə edən əhəmiyyətli tədbirlər keçirib, layihələr reallaşdırıb. Xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən bütün təqvim günlərində aktual mövzuları əhatə edən tədbirlər, konfranslar, “dəyirmi masalar” və sair təşkil edilib, partiya fəalları mükafatlandırılıb.
Sonra YAP Nizami rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədr müavini Aygün Nəsirovanın hesabatı dinlənilib.
Müzakirələr zamanı YAP Nizami rayon təşkilatı İdarə Heyətinin üzvləri Dünyamalı Pənahov və Ələmdar Bafadarov, YAP Nizami rayon təşkilatı Şurasının üzvləri Almaz Əsgərova, Heydər Rəhimov və Samir Əhmədov, YAP Nizami rayon təşkilatının yaradıcılarından olan Leyla Seyidbəyova, YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzindəki gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan geniş bəhs edərək bildirib ki, partiyanın qəbul etdiyi qərarların, irəli sürdüyü təşəbbüslərin əsasında dövlətə, xalqa xidmət dayanır. YAP yenilənməni, təkmilləşməni həyata keçirdiyi siyasətin önündə saxlayır.
O, qeyd edib ki, Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının öz payı və rolu var: “Dövrün, zamanın tələblərinə uyğun olaraq müəyyənləşdirilən hədəflər Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə yönəlib. Dünyaya səs salan tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar Azərbaycanın mövqeyini dünya miqyasında daha da möhkəmləndirdi”.
Ə.Tağıyev YAP Nizami rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Nizami rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

