Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Suraxanı rayonunda şəhid Cavid Cabarzadənin xatirəsinə inşa edilən bulağın açılışı olub

Suraxanı rayonunda şəhid Cavid Cabarzadənin xatirəsinə inşa edilən bulağın açılışı olub

06.07.2021 [09:29]

Bu günlərdə Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digərləri Vətən müharibəsi şəhidi Cavid Qorxmaz oğlu Cabarzadənin adının əbədiləşdirilməsi üçün Bülbülə qəsəbəsində inşa edilmiş bulağın açılışında iştirak ediblər. Onlar, eyni zamanda, şəhidin təhsil aldığı 316 saylı tam orta məktəbdə Cavid Cabarzadənin xatirəsinə hazırlanmış guşə ilə tanış olublar.
Suraxanı RİH başçısı Ə.Əzizov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədə payı olan Cavid kimi oğullarımızın xatirəsi hər zaman xalqımız tərəfindən əziz tutulacaq. Onun sözlərinə görə, şəhidlərimizin doğmalarına göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək.
Şəhidlərimizə hörmət və ehtiramlarını bildirən Milli Məclisin deputatı Afət Həsənova və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da dövlətimizin və xalqımızın Vətən uğrunda canlarından keçən şəhidlərimizi heç vaxt unutmayacağını qeyd ediblər.
Xatırladaq ki, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olmuş Cavid Cabarzadə Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Cavid II Fəxri xiyabanda dəfn olunub. Şəhid C.Cabarzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31