“Xoşbəxt ailə” formuluna müasir baxış
14.07.2021 [09:05]
İyulun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Xoşbəxt ailə formuluna müasir baxış” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirin çox əlamətdar günə təsadüf etdiyini önə çəkərək bildirib ki, ötən ilin iyul ayında Ermənistanın törətdiyi təxribat əməlinin - Tovuz hadisələrinin ildönümüdür: “2020-ci ilin iyul təxribatından ötən müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr bütün mənalarda tarixi əhəmiyyət daşıyır. Uzun illərə, əsrlərə söykənən Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə Azərbaycan işğalçını yerinə oturtdu və xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi ilə əldə olunan Qələbə nəticəsində bütün dünya Ermənistanın təcavüzkar simasının ifşa olunması faktına şahidlik etdi. Azərbaycan ərazi bütövlüyünü bərpa edərək vətəndaşlarının rahat yaşayışını təmin, müstəqil, suveren hüquqlarını bərpa etdi. Azərbaycan təkbaşına öz Prezidentinin qətiyyətinə, xalqının iradəsinə, Ordusunun gücünə və öz imkanlarına söykənərək erməni faşizmini məhv etdi”.
“Bu gün biz Heydər Əliyevin siyasi irsinin təbliğatçıları olaraq bu siyasətə bütün mənalarda əməl edirik”, - söyləyən Komitə sədri vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün beynəlxalq çağırışlara rəğmən bu siyasəti ardıcıl olaraq irəli aparırlar: “Təsadüfi deyil ki, ölkə Prezidenti bir neçə dəfə çıxışlarında bu məsələyə toxunaraq qəti şəkildə vurğulamışdır ki, biz ənənələrə söykənən ölkəyik. Bizim üçün ailə dəyərləri, milli-mənəvi dəyərlər hər şeydən üstündür, müasir inkişaf tendensiyalarını qəbul edən və onu Azərbaycanın milli maraqlarına uyğun şəkildə siyasi istiqamətlərə yönəldən bir ölkəyik. Elə etməliyik ki, həm müasirlik davamlı nailiyyətimiz kimi çıxış etsin, həm də milli köklərə bağlılıq bizi heç zaman tərk etməsin. Odur ki, YAP üzvləri olaraq harada işləməyimizdən asılı olmayaraq məhz siyasətin bu aspektini yaddan çıxarmamalıyıq. Azərbaycanın öz dəyərlərinə sadiq siyasi kurs müəyyənləşdirməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidməti və bizim bu siyasətə sadiqliyimiz kimi qəbul olunmalıdır”.
Diqqəti Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayına yönəldən Bahar Muradova qeyd edib ki, həm cənab İlham Əliyevin nitqində, həm də qəbul olunan qərarlarda bu məsələ öndə saxlanıldı: “Ailə dəyərləri, milli-mənəvi dəyərlər, Azərbaycanda yaşayan xalqların multikultural dəyərlərin daşıyıcıları kimi indiyə qədər mövcud həyat tərzlərinin daha da inkişaf etdirmək istiqamətində çağırışlar bu məsələyə daha ciddi diqqət yetirməyə imkan yaradır”.
Mövzunun maraqlılığını, aktuallığını xüsusi vurğulayan Komitə sədri bildirib ki, “Xoşbəxt ailə” modelinə hansı dövrdən baxsan, müasir baxış kimi dəyərləndirilir. Hər kəsin bu modelə yanaşma bucağı vardır.
Sonra cəmiyyətin müxtəlif təbəqələri arasında “Xoşbəxt ailə modeli necə olmalıdır” sualı əsasında keçirilən ictimai rəy sorğusunu özündə əks etdirən videoçarx nümayiş olunub, mövzu ətrafında çıxışlar dinlənilib və videoçarxda səslənən fikirlər ətrafında gənclərlə diskussiya keçirilib.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə ailə dəyərlərindən, ailə-dövlət münasibətlərindən söhbət açaraq, gənclərə öz tövsiyə və məsləhətlərini verib. Vurğulanıb ki, əgər ailə sağlam təməl, qarşılıqlı hörmət və məhəbbət üzərində qurulursa, hər bir ailə üzvünün hüququna anlayışla yanaşılırsa, əlbəttə ki, bu ailədə doğulan, təlim-tərbiyə alan insan əxlaqlı, savadlı, mədəni, qurucu olacaqdır. Belə insan ailəsinə və dövlətinə layiqli şəxsiyyət və vətəndaş olacaqdır.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın sözlərinə görə, ailə hər bir cəmiyyətin, dövlətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir. Ölkəmizin iqtisadi imkanlarının artması isə ailələrin rifah halının yüksəlməsi istiqamətində mühüm dövlət proqramlarının, sosial layihələrin həyata keçirilməsinə şərait yaratmışdır. Sevindirici haldır ki, bu gün dünyada ailə dəyərlərinin aşınması fonunda ölkəmizdə ailə institutunun özünün sosial təyinatı və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxladığını görürük. Buna görə də məqsədimiz bu sahədə görülən işləri sistemli və ardıcıl şəkildə davam etdirməklə yanaşı, eyni zamanda, ailələrimizi qorumaq, ailədə rahat psixoloji iqlim mühiti yaratmaqdır.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycan xalqı üçün əxlaq onun milli və dini mənsubiyyətindən qaynaqlanan yüksək mənəvi keyfiyyətlər toplusudur. Onun sözlərinə görə, önəmli məqamlardan biri də odur ki, əsrlərboyu milli və dini dəyərlərimiz bir-biri ilə vəhdət təşkil edir. Bu gün xarici təsirlər nəticəsində gəncləri milli dəyərlərimizdən uzaqlaşdırmağa çalışırlar. Belə cəhdlər heç bir nəticə verə bilməz. Çünki gənclərimiz milli mənəvi dəyərlərimizə sadiqdir, dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Aygün Əliyeva və YAP Gənclər Birliyinin üzvü Nihad Allahyarlı “Xoşbəxt ailə” modeli ilə bağlı düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Daha sonra tədbir interaktiv şəkildə davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54

