YAP Mərkəzi Aparatında AK Parti Qadınlar Birliyinin sədri Ayşe Keşirlə görüş keçirilib
28.07.2021 [09:05]
İyulun 27-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan AK Partinin Qadınlar Birliyinin sədri Ayşe Keşirlə görüşüb.
Qonaqları salamlayan Bahar Muradova bildirib ki, Azərbaycanla Türkiyənin qədim tarixi köklərə malik ənənələri və mədəniyyəti vardır: “Bu gün Azərbaycanla Türkiyə arasındakı əlaqələr qarşılıqlı əməkdaşlığa, dostluğa, qardaşlığa, hüquq bərabərliyinə əsaslanır. Bu çoxtərəfli əməkdaşlıq getdikcə yüksələn xətlə inkişaf etməkdədir”.
Münasibətlərimizin tarixindən geniş bəhs edən Bahar Muradova bildirib ki, tarixin ən müxtəlif mərhələlərində dövlətlərimizin, xalqlarımızın maraqlarına uyğun münasibətlər qurulub.
B.Muradova böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” tezislərini önə çəkərək, bu fikirlərin bütün dövrlər üçün aktuallığını nəzərə çatdırıb.
Azərbaycanla Türkiyə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bildirən B.Muradova qeyd edib ki, bu mərhələni şərtləndirən əsas sənəd iyun ayının 15-də imzalanan Şuşa Bəyannaməsidir: “Bu sənəd hər iki dövlətin hazırkı durumda qarşısına qoyduğu vəzifələri, hədəfləri özündə əks etdirir. O cümlədən xüsusi bir sənədi də vurğulamaq istəyirəm ki, bu da Şuşa Bəyannaməsindən və indiyədək iki dost ölkə arasındakı münasibətlərdən irəli gələrək partiyalarımız arasında imzalanan əməkdaşlıq protokoludur. Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafına töhfələrimizi vermək üçün qarşılıqlı öhdəliklərimizi müəyyən etmişik. Bu öhdəliklərin də həyata keçirilməsi zəminində bütün səviyyələrdə əməkdaşlığı ortaya qoymalıyıq. Qarşılıqlı səfərlər çərçivəsində atılan addımlar bu hədəflərə böyük töhfə olacaq”.
AK Parti Qadınlar Birliyinin sədri Ayşe Keşir qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, bu gün Azərbaycanla Türkiyə arasında mövcud münasibətlərin dünya düzəni üçün bir örnək olduğunu vurğulayıb.
A.Keşir Azərbaycanın Zəfərindən böyük qürur hissi keçirdiyini, Şuşa Bəyannaməsinin imzalanması mərasimində iştirakından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54

