“İnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşma” mövzusunda seminar keçirilib
04.08.2021 [08:39]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzində “İnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşma” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Davamlı İnkişaf Məktəbi” layihəsi gənclərin ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni, o cümlədən dövlət idarəçiliyi sahələrində nəzəri və praktiki biliklərinin inkişaf etdirilməsi üçün mühüm proqramdır. B.İslamov qeyd edib ki, əsas məqsəd iştirakçılarla ümumi tanışlıq, onlara proqramın nəzəri və praktiki hissələri, o cümlədən debat, natiqlik təlimləri, təqdimat bacarıqları istiqamətləri üzrə məlumatların verilməsidir. İştirakçılar arasında həm YAP üzvü, həm də bitərəf gənclərin olduğunu vurğulayan B.İslamov bu təşəbbüsün cəmiyyətdə ictimai-siyasi düşüncəsindən asılı olmayaraq, bütün gənclər arasında sağlam və dayanıqlı kommunikasiyanın formalaşmasına töhfə verəcəyini deyib.
B.İslamov mövzu ilə bağlı məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov “İnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşma” mövzusunda çıxış edib. Məlumat verib ki, “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb: “Mərkəz müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılıb və vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunur”.
F.Cəfərov qeyd edib ki, Mərkəz “myGov”, “e-Gov” elektron hökumət portalları, “ASAN Login”, “ASAN Finans”, “ASAN ödəniş” sistemi, “ASAN Viza”, “e-Agro”, “e-Satınalma”, “e-Lisenziya”, “e-hərrac”, “ADRA İcazələr Sistemi”, “Tikintiyə İcazə Sistemi”, “İcazələrin Alınması və Monitorinqi Sistemi” və quruculuq işləri davam edən digər layihələrinin fəaliyyətini təmin edir: “Elektron Hökumətin İnkişafı Mərkəzi - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Mərkəzin fəaliyyətinin əsas məqsədi vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq və dövlət xidmətlərinin əlçatanlığını təmin etmək üçün rəqəmsal hökumətə keçid və rəqəmsal texnologiyalardan istifadənin tətbiq edilməsindən ibarətdir”.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

