Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Suraxanı rayonunda şəhid Sərdar İsmayılovun xatirəsinə inşa edilən bulağın açılışı olub

Suraxanı rayonunda şəhid Sərdar İsmayılovun xatirəsinə inşa edilən bulağın açılışı olub

06.08.2021 [09:20]

Vətən müharibəsi şəhidi, kiçik çavuş (MAHHXHQ), “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sərdar Sərvər oğlu İsmayılovun adının əbədiləşdirilməsi üçün Yeni Suraxanı qəsəbəsində inşa edilmiş bulağın açılışı olub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açılış mərasimindəki çıxışında dövlətimizin şəhidlərin xatirəsinə bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edib. O, bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədə payı olan Sərdar kimi oğullarımız hər zaman xalqımızın qəlbində yaşayacaq, şəhidimizin doğmalarına göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək.
Çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. V.Seyidov daha sonra rayon təşkilatı adından “Anım lövhəsi”ni şəhid ailəsinə təqdim edib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31