Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Suraxanı rayonunda şəhid Ruslan Rəcəbovun məzarı ziyarət olunub

Suraxanı rayonunda şəhid Ruslan Rəcəbovun məzarı ziyarət olunub

07.08.2021 [09:09]

Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digərləri Hövsan qəsəbəsində Vətən müharibəsi şəhidi, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş miçman Ruslan Rəcəb oğlu Rəcəbovun doğum günündə onun məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.

Ailə ilə görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Suraxanı RİH başçısı Əziz Əzizov deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun gücü və qüdrəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Onun sözlərinə görə, azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaəti gələcək nəsillər üçün örnəkdir.

YAP Suraxanı rayon təşkilatının sədri V.Seyidov isə bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. O deyib ki, dövlət başçımızın şəhid ailələrinə göstərdiyi böyük diqqət və qayğı nümunə təşkil edir.

Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri V.Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından “Anım lövhəsi”ni şəhid ailəsinə təqdim edib.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31