YAP Göygöl rayon təşkilatının XI hesabat konfransı keçirilib
07.08.2021 [10:42]
Avqustun 6-da Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiq edildikdən sonra YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, Heydər Əliyev dühasının zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi partiya mövcud deyildir.
Qeyd olunub ki, YAP Göygöl rayon təşkilatı öz fəaliyyətini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun qurub. Rayon təşkilatı özündə 121 ərazi ilk partiya təşkilatını birləşdirir. Hazırda rayon üzrə partiya üzvlərinin sayı 5445 nəfər təşkil edir ki, onların da 2789 nəfəri qadın, 1967 nəfəri gənclərdir. Hesabat dövrü ərzində rayon təşkilatında partiya sıralarına 380 nəfər qəbul edilib. Onların 164 nəfərini qadınlar, 231 nəfərini isə gənclər təşkil edir.
Sonra YAP Göygöl rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri İftixar Hüseynovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının Şura üzvü, Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri Nuranə Quliyeva, rayon təşkilatının Şura üzvü, Yeni Qızılca kənd İƏD-i üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri Sahil Babayev, rayon təşkilatının Topalhəsənli kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının üzvü Yeganə İsgəndərova və rayon təşkilatının Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ərazi ilk partiya təşkilatının sədri Mahir Hacıyev çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən illər ərzində böyük inkişaf yolu keçdiyini bildirib. O qeyd edib ki, fəaliyyət göstərdiyi 29 il ərzində partiyamız möhtəşəm uğurlara imza atıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib.
Onun sözlərinə YAP yeniliklərə böyük önəm verən partiyadır və bu baxımdan partiyanın VII Qurultayında mühüm qərarlar qəbul olunub.
Ə.Tağıyev yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən də ətraflı şəkildə bəhs edib, YAP Göygöl rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.
Qeyd edək ki, YAP Göygöl rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

