Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qazax rayon təşkilatının X hesabat konfransı keçirilib

YAP Qazax rayon təşkilatının X hesabat konfransı keçirilib

10.08.2021 [08:53]

Avqustun 9-da Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahovun hesabat məruzəsi dinlənilib. Bildirilib ki, rayon təşkilatının IX konfransından ötən dövr ölkəmiz və bölgəmiz üçün yaddaqalan hadisələrlə zəngin olmuşdur. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Şanlı Qələbəmiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, həmrəyliyi, qəhrəman Ordumuzun rəşadəti və peşəkarlığı nəticəsində qazanılmışdır. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP ölkədə aparılan islahatlara öz töhfələrini verir. Bu ilin mart ayında keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu.
Rayon təşkilatının sədri daha sonra bildirib ki, hesabat dövrü ərzində təşkilatın kəmiyyət və keyfiyyət baxımından daha da inkişaf etdirilməsi, ideoloji və təşkilati işlərin gücləndirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Partiyamızın qurucusu, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi geniş təbliğ və təşviq edilmişdir. Hazırda rayon təşkilatında 73 ərazi ilk partiya təşkilatı 10249 nəfər partiya üzvünü özundə birləşdirir. Onlardan 6515 nəfəri, yəni 63,6 faizi qadınlar, 2556 nəfəri, yəni 24,9 faizi isə gənclərdir.
Sonra YAP Qazax rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Ramil Qurbanovun hesabatı dinlənilib.
Müzakirələr zamanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, YAP Qazax rayon təşkilatının sədr müavini Məmməd Yusifov, rayon təşkilatının Şura üzvü Tərlan Bədəlova, rayon təşkilatının İdarə Heyətinin üzvü Anar Nəbiyev, Qazax şəhər 3 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Tahirə Xasməmmədova hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanı qalib ölkəyə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqların qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə nail olmaq potensialına, gücünə malikdir.
Əhliman Tağıyev çıxışının sonunda YAP Qazax rayon təşkilatının gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini verib.
Konfransda YAP Qazax rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31