YAP Salyan rayon təşkilatının X hesabat konfransı keçirilib
31.08.2021 [09:46]
Avqustun 30-da Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, müstəqil Azərbaycanın əldə etdiyi davamlı uğurlarda Yeni Azərbaycan Partiyasının xidmətləri böyükdür. YAP daim ölkə həyatının bütün sahələrində ön sıralarda olub, xalqa, dövlətə, dövlətçiliyə, Ümummilli Lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsinə xidmət etməklə ümumxalq partiyası olduğunu təsdiq edib. YAP Salyan rayon təşkilatı verilən tapşırıqların yerinə yetirilməsinə öz töhfələrini vermək üçün fəaliyyətini müasir tələblərə uyğun qurmağa səy göstərir.
YAP Salyan rayon təşkilatının hesabat dövründə keçirdiyi tədbirlərdən danışan R.Cəbrayılov onu da qeyd edib ki, rayon təşkilatı 92 ərazi ilk partiya təşkilatında 7791 üzvü birləşdirir. Onların 3584 nəfəri qadınlar, 3489 nəfəri isə gənclərdir.
Sonra Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Əliağa Mustafayevin hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı YAP Salyan rayon təşkilatının İdarə Heyətinin üzvü, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Jalə Əhmədova, YAP Salyan rayon təşkilatının İdarə Heyətinin üzvləri - Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova və Şəkərli kənd ümumi orta məktəbin direktoru Səlimağa Səlimli, YAP Salyan rayon təşkilatı Qadınlar Şurasının üzvü, Salyan şəhəri 4 saylı tam orta məktəbin direktoru Gülər Quliyeva hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai-siyasi həyatına yeniliklər gətirib, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb: “Bu baxımdan, VI Qurultaydan ötən üç ildə mühüm uğurlara imza atan YAP-ın VII Qurultayı partiyanın tarixində növbəti dönüş nöqtəsi oldu. VII Qurultayda qəbul olunan qərarlar, dövlət başçısı və partiyamızın Sədri cənab İlham Əliyevin nitqində qarşıya qoyulan vəzifələr göstərir ki, hər zaman siyasi proseslərin önündə olan Yeni Azərbaycan Partiyası 30 illik yubileyinə daha fəal, yeni keyfiyyətdə qədəm qoyur və fəaliyyətini yeni tələblərə uyğun quraraq bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək”.
Partiya fəaliyyətinin tənzimlənməsinin yeni mexanizmindən bəhs edən Ə.Tağıyev YAP Salyan rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Salyan rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

