YAP Mingəçevir şəhər təşkilatının X hesabat konfransı keçirilib
02.09.2021 [08:57]
Sentyabrın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubovun hesabat məruzəsi dinlənilib. Bildirib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində böyük şücaət, qəhrəmanlıq göstərdi və şanlı tariximizin əbədi Zəfər salnaməsini yazdı. Xalqımız hər zaman olduğu kimi, Vətən müharibəsinin ilk günündən Prezident İlham Əliyevin ətrafında müsəlləh əsgər, bir yumruq kimi birləşdi, səfərbər oldu.
Yeni reallıqlar fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunan qərarların partiyanın qarşısında geniş imkanlar açdığını söyləyən C.Yusubov rəhbərlik etdiyi təşkilatın öz fəaliyyətini yeni tələblər əsasında qurmağa səy göstərdiyini bildirib .
C.Yusubov onu da əlavə edib ki, bu gün YAP Mingəçevir şəhər təşkilatının 7827 üzvü var. Onların 4728 nəfəri qadınlar, 2656 nəfəri isə gənclərdir.
Sonra YAP Mingəçevir şəhər təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Yaqub Hüseynovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, YAP Mingəçevir şəhər təşkilatı İdarə Heyətinin üzvləri - təşkilatın sədr müavini, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Mingəçevir şəhər təşkilatının sədr müavini, 33 saylı ərazi ilk partiya təşkilatının sədri Təhmasib Hüseynov, 5 saylı ərazi ilk partiya təşkilatının sədri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, şəhər təşkilatının İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri Nurcamal Əsgərova hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının əsas məqsəd və məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub: “Partiyamız 29 ildə öz məqsədlərinə yüksək səviyyədə nail olmaq üçün ciddi səylər göstərib, qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri, uğurlu layihələri ilə cəmiyyətdə nüfuzunu artırıb”.
Tarixi Zəfərimizin yaratdığı reallıqlardan, yeni mərhələdə partiyanın şəhər və rayon təşkilatlarının üzərinə düşən vəzifələrdən geniş bəhs edən Ə.Tağıyev YAP Mingəçevir şəhər təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Mingəçevir şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

