Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Cəbrayıl ictimaiyyəti mayor Siyavuş Kəlbalıyevin anım gününü qeyd edib

Cəbrayıl ictimaiyyəti mayor Siyavuş Kəlbalıyevin anım gününü qeyd edib

01.10.2021 [15:57]

44 günlük Vətən müharibəsində şəhid olmuş mayor Siyavuş Hümbət oğlu Kəlbalıyevin anım günü münasibətilə tədbir keçirilib.

Anım mərasimində Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, o cümlədən  YAP Cəbrayıl rayon təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə qəhrəman şəhidin məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. Bildirilib ki, Azərbaycanın müzəffər ordusu cəmi 44 gün ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrinin sosial problemlərinin hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanıldığı vurğulanan anım mərasimində o da qeyd edilib ki, Azərbaycan xalqı Qarabağın azadlığı uğrunda tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla anacaq.

Şəhidin valideynləri və həyat yoldaşı göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 677 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31