YAP Pirallahı rayon təşkilatının yeni sədri partiya aktivinə təqdim edilib
01.10.2021 [18:11]
Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının yeni sədri Emil Abasov ərazi partiya təşkilatlarının sədrlərinin də iştirakı ilə keçirilən yığıncaqda yerli təşkilatın partiya aktivinə təqdim olunub.
Əvvəlcə partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, Ümummilli Liderimizin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini bildirib. Məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır. Ötən il 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycanın regionda və dünyada mövqelərini daha da möhkəmləndirib.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında xüsusi rolu var, YAP fəalları Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin siyasətinin uğurlarını ictimaiyyət arasında aktiv şəkildə təbliğ edirlər. Diqqətə çatdırılıb ki, hazırda partiyanın qarşısında yeni vəzifələr dayanır. Bu il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı və qurultayda qəbul olunmuş qərarlar partiyamızın inkişafında yeni mərhələnin əsasını təşkil edir. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin proqram xarakterli nitqi, yeni nizamnamənin qəbul olunması və digər mühüm qərarlar gələcək fəaliyyətimiz üçün müstəsna əhəmiyyət kəsb edir.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbirdə çıxış edərək YAP Pirallahı rayon təşkilatının yeni sədrini təbrik edib. O, təşkilatın üzvlərinin rayonun ictimai-siyasi həyatında hər zaman fəal iştirak etdiyini söyləyib.
Çıxış edən YAP Pirallahı rayon təşkilatının yeni sədri Emil Abasov göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Qeyd edək ki, tədbirdə rayon təşkilatının gələcək fəaliyyəti ilə bağlı qarşıda dayanan vəzifələrə dair müvafiq tövsiyələr verilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

