Nərimanov rayonunda “Cəbrayıl işğaldan azaddir!” mövzusunda tədbir keçirilib
05.10.2021 [14:43]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Nərimanov rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə Bakı Avrasiya Universitetində "Cəbrayıl işğaldan azaddır!" mövzusunda tədbir keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları nəticəsində 1 il bundan öncə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edildi: "Bu, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və qüdrətli Azərbaycan Ordusunun qətiyyətindən, gücündən xəbər verirdi. Eyni zamanda, istər orduda, istərsə də cəbhədən xoş xəbərləri gözləyən xalqımız üçün Zəfərə doğru gedən yolda böyük inam yaradırdı". Təşkilat sədri 30 ilə yaxın düşmən işğalı altında qalmış əzəli Azərbaycan torpaqlarının cəmi 44 gün ərzində azad olunmasının tarixi hadisə olduğunu qeyd edib və deyib ki, həmin torpaqlarda qısa zamanda yenidənqurma və infrastruktur işlərinin həyata keçirilməsi ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gələcəyə hesablanmış uğurlu fəaliyyətinin nəticəsidir. Bu möhtəşəm fəaliyyətin xalqın hər bir nümayəndəsi, xüsusilə də, gənclər tərəfindən təbliği olduqca vacibdir.
Tədbirdə həmçinin, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi şəhidi Sənan Abdullayevin atası Şahin Abdullayev, Bakı Avrasiya Universitetinin prorektoru Səyavuş Qasımov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Aydın Yusifov, Vətən Müharibəsi şəhidi Əhmədağa İskəndərovun qardaşı Firdovsi İskəndərov, Nərimanov rayon İcra Hakimiyyətinin şöbə müdiri Tahir İbrahimov və digərləri çıxış ediblər.
Sonda məktəblilər arasında "Cəbrayıl işğaldan azaddır" mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Həmçinin, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev tərəfindən ən yaxşı nəticə göstərmiş 3 nəfər müsabiqə qaliblərinə YAP Nərimanov rayon təşkilatının simvolik hədiyyəsi təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29

