Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhidin xatirəsini yad ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhidin xatirəsini yad ediblər

18.10.2021 [12:57]

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digərləri şəhid Elvin Bəhruz oğlu Əliyevin şəhid olmasının ildönümü münasibətilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə Vətən müharibəsi şəhidi Elvin Əliyevin Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsindəki Şəhidlər xiyabanındakı qəbri ziyarət edilib, daha sonra ailəsinə baş çəkilib. YAP Suraxanı rayon təşkilatının sədri V.Seyidov şəhidin atasına Vətən müharibəsi şəhidlərinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidin şəkili toxunmuş xalçanı təqdim edib.

Qeyd edək ki, şəhid Elvin Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildirmişlər.

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31