Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Suraxanıda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

Suraxanıda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

19.10.2021 [16:04]

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digərləri Əmirxan Mirilham oğlu Babayevin şəhid olmasının ildönümü münasibətilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Həmin şəxslər öncə şəhidin Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsindəki Şəhidlər xiyabanındakı məzarını ziyarət etmiş, daha sonra anım mərasiminə qatılmış, Vətən müharibəsi şəhidi Əmirxan Babayevin ailəsinin qayğıları ilə maraqlanmışlar.

Qeyd edək ki, şəhid əsgər Əmirxan Mirilham oğlu Babayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonda göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri minnətdarlıqlarını bildirmişlər.

Paylaş:
Baxılıb: 734 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31